KONDENSASİYA NÜVƏSİ

havadakı bərk, maye və qaz halında olan hissəciklərdir. Bunlar kondensasiya şəraiti, yəni havadakı su buxarının maye hala keçməsi üçün şərait yaradır. Hava soyuduqda K.n. üzərinə su damlacıqları və buz zərrəcikləri yığılır ki, bunlar da duman və bulud əmələ gətirir.
KONDENSASİYA NƏZƏRİYYƏSİ
KONKORDANT SAHİLLƏR
OBASTAN VİKİ
Atmosferdə kondensasiya nüvəsi
Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4–8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10–7-2•10–5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.
Kondensasiya
Kondensasiya — qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində şəkil dəyişdirməsidir. Kondensasiya molekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər molekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Kondensasiya prosesində buxardan enerji ayrılır. Kondensasiya buxarın mayeyə toxunmadığı halda da baş verə bilir. Buna misal buludların əmələ gəlməsidir: Yer səthindən qalxan su buxarının molekulları atmosferin nisbətən soyuq təbəqələrində qruplaşaraq kiçik su damcıları yaradır. Bu damcılar isə səmada “süzən” buludları əmələ gətirir. Bərk cisimlərin buxarlanma prosesi sublimasiya, əks proses isə desublimasiya adlanır. Sublimasiya — maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesidir. Məsələn, “quru buz ” (CO2 bərk halda) mayeləşmədən buxarlanır. Bəzi bərk cisimlər, məsələn, naftalin sublimasiya etdiyinə görə biz onun iyini hiss edirik.
Atmosferdə kondensasiya
Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Atmosferdəki su buxarı bərk və maye halına keçə bilər. Atmosferdə suyun qazvari haldan maye halına keçməsinə atmosferdə kondensasiya deyilir.
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12–13 qr/sm3-dir. Temperaturu 4000–5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Əməliyyat sisteminin nüvəsi
Nüvə (kompüter) — əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvə Monolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Top nüvəsi qaçışı
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı Top nüvəsi qaçışı Sürət zonası Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.
Top nüvəsi qaçışı (film, 1981)
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2 (film, 1984)
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı Top nüvəsi qaçışı Sürət zonası Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.